Home » Qızıl qiymətləri dolların zəifləməsi fonunda yüksəlib

Qızıl qiymətləri dolların zəifləməsi fonunda yüksəlib

by yunus
0 comments 0 views 1 minutes read

Qızıl qiymətləri dolların zəifləməsi fonunda yüksəlib

BBN.az xəbər verir ki, qızılın qiyməti həftənin ilk ticarət günündə ABŞ dollarının zəifləməsi fonunda artıb. Nyu-Yorkun Comex birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti 25,92 dollar və ya 0,8% artaraq bir troy unsiyası üçün 3 269,22 dollar təşkil edib.

Eyni zamanda, iyul ayı üzrə gümüş fyuçersləri də 0,71% bahalaşaraq 1 unsiya üçün 32,487 dollara yüksəlib.

Dolların digər valyutalara nisbətdə dəyərini ölçən dollar indeksi 0,41% azalaraq 99,62 bəndə düşüb. Dolların ucuzlaşması digər valyutalara sahib olan investorlar üçün qızılı daha əlçatan edir və bu da tələbin artmasına səbəb olur.

Bu həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti faiz qərarı ilə bağlı iclası keçiriləcək. CME Group-un məlumatına əsasən, analitiklərin 94,8%-i FED-in baza faiz dərəcəsini 4,25–4,5% səviyyəsində saxlayacağını proqnozlaşdırır. Sorğuda iştirak edənlərin qalan hissəsi isə dərəcənin 4–4,25%-ə endiriləcəyini gözləyir. Qərardan asılı olaraq, dolların məzənnəsində dəyişiklik baş verə bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.