Home » Qlobal gender fərqi daralmaqdadır, bərabərliyi təmin etmək isə 132 il çəkəcək

Qlobal gender fərqi daralmaqdadır, bərabərliyi təmin etmək isə 132 il çəkəcək

by bbnadm
0 rəy 5 baxış 2 dəqiqə oxuma

*“World Economic Forum”nun (WEF) müxtəlif sahələrdə gender bərabərliyi ilə bağlı açıqladığı 2022-ci il hesabatına, əsasən qadın və kişilərin gəlirlərində meydana gələn fərqi doldurmaq 132 il çəkəcək.

*İslandiya isə qadınlar üçün iqtisadi imkanların olduğu dünya ölkələrinin siyahısında birincidir.

“Bu il, səylər nəticəsində Covid-19 pandemiyasından sonra qlobal gender fərqinin bərabərləşdirilməsi istiqamətində inkişaf tədricən artıb, lakin gender bərabərliyinin təmin edilməsi ən azı 3 onillikdir ki, gecikir”.

BBN.az xəbər verir ki, bu haqda “Bloomberg” “World Economic Forum”un yeni hesabatına istinadən yazıb. WEF-in 16-cı Qlobal Gender Fərqi hesabatında deyilib ki, siyasət, iş, sağlamlıq, təhsil sahələrində gender qeyri-bərabərliyi inkişaf edib.

“Müxtəlif sahələrdə gəlir baxımından tam gender bərabərliyinə nail olmaq isə 132 il çəkəcək. Pandemiyadan öncə isə fərqin 100 il içərisində bərabərləşməsi nəzərdə tutulurdu”,- deyə WEF-in icraçı direktoru Saadia Zahidi virtual təşkil edilən press-konfrans zamanı deyib.

O, əlavə edib ki, Covid ilə bağlı olaraq riteyl, səyahət, turizm sektorlarında uzun qadın işçilərin uzun müddətə dayanan itkiləri olub. Qadınların əmək bazarında iştirakı Covid-19-dan dolayı 2020-ci ildə enib, bu isə il hesabatın yaradılmasından (2006) bu yana ən aşağı göstərici olub. 

“Xüsusilə sistemdə sağlamlıq, iqtisadi və ya digər sarsıntıların olduğu pis vaxtlarda ən çox qadınlar təsirlənir”, – deyə LinkedIn-in qlobal ictimai siyasət rəhbəri Suzanne Duke bildirib.

Islandiya renkinqdə ölkənin təhsil sisteminin inkişafı və hökumət dairələrində çalışan qadınların sayındakı yüksək göstəriciyə görə birincidir. ABŞ isə renkinqdə olan 146 ölkə arasında 27-ci olub. Prezident Joe Biden-in 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra gender fərqi arasındakı boşluğu doldurmaq üçün inkişaf çox cüzi inkişaf edib. Bu ölkədə yaşayan qadınlar son illərdə gəlir bərabərliyi və təxmin edilən qazanc baxımından inkişafı görüblər

Qeyd edək ki, Azərbaycan müxtəlif sahələrdə gender bərabərliyi ilə bağlı hesabatında 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.