Home » Rabitəbank şəhid ailələrinə dəstəyini davam etdirir

Rabitəbank şəhid ailələrinə dəstəyini davam etdirir

by anar
0 comments 0 views 1 minutes read

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələrinə dəstəyini davam etdirir. Belə ki, bank 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, Şamaxı, Kürdəmir və Ağsu rayonlarında məskunlaşmış 100 şəhid ailəsinə ərzaq yardımı göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və mərkəzi regional icra hakimiyyətləri orqanlarının dəstəyi ilə baş tutmuş yardım kampaniyasında bankın əməkdaşları da iştirak ediblər və şəhid ailələri ilə görüşərək söhbət ediblər.

Qeyd edək ki, korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirən Rabitəbank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür  təşəbbüskar addımlar atmağa davam edəcək.

“Rabitəbank” ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.