Home » “Regional” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“Regional” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

by anar
0 comments 0 views 1 minutes read

19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Regional” BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2004023407 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Regional” BOKT MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2004023407
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi / Birqiymətli hərrac
İstiqrazların sayı 10,000 (ədəd)
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
Kupon faizi 16%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir
Tədavül müddəti 2 il
Hərrac qiyməti* 100 manat
Reallaşdırılmış həcm 1,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 54
Sifariş sayı 54
Anderrayter “Xalq Kapital İnvestisiya Şirkəti QSC

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.