2

Səhiyyə Nazirliyi həssas əhali qruplarına tibbi xidmətlərin göstərilməsində iştirak edən 15 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Qala Sığorta” ASC olub.
Qalib şirkətə göstəriləcək xidmətlərə görə 8 250 manat ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl eyni tender üzrə “A-Qrup Sığorta” ASC qalib elan olunub. Şirkətə bununla bağlı 10 500 manat ödənilib.





