Home » Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələr müzakirə olunub

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi əlaqələr müzakirə olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələr genişlənməyə davam edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının səlahiyyətli və fövqəladə səfiri Essam Saleh Hamad Algetale arasında keçən məhsuldar görüşdə hər iki ölkənin iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub. Səfir Hamad Algetale, Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirib. Səfir Algetale ticarət mübadiləsinə mənfi təsir edən əsas amilin iş adamlarının birbaşa əlaqə qura bilməməsi və logistika məsələləri olduğunu vurğulayıb. Bunun üçün bir neçə alternativ nəqliyyat dəhlizlərinin seçilməsinin zəruriliyini qeyd edərək, daşınmanın Xəzərin şimalından Volqa vasitəsilə, həmçinin Gürcüstan dəmir yolu vasitəsilə və İrandan dəhlizin açılması yolu ilə həyata keçirilməsini təklif edib.

Həmçinin, o, Səudiyyə Ərəbistanının Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya şirkəti (SALIC) barəsində məlumat verərək kənd təsərrüfatı sahəsində Azərbaycanın iş adamları ilə birgə əməkdaşlığın hər iki ölkənin iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyib. Səfir, bu ilin oktyabr ayında 100-ə yaxın iş adamının Azərbaycana səfər edəcəyini, bu məsələdə Konfederasiyanın iştirakının və dəstəyinin önəmli olduğunu bildirib.

ASK prezidenti Məmməd Musayev öz növbəsində, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında siyasi əlaqələrin son zamanlarda çox yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, İslam Ticarət Palatasının Direktorlar Şurasının üzvü olduğunu və ASK nümayəndə heyətinin bu ilin yanvar ayında Məkkə Halal Forumunda yüksək səviyyədə iştirak etdiyini qeyd edib.

M.Musayev 8-9 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan Halal Turizm Forumu haqqında səfirə ətraflı məlumat verib. Azərbaycan iş adamlarının məhsullarını Səudiyyə Ərəbistana ixrac etməkdə maraqlı olduqlarını söyləyən Konfederasiya rəhbəri iş adamları arasında B2B görüşlərin təşkil esilməsində ASK-nın lazımi bütün dəstəyi göstəriləcəyini bildirib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.