Home » Şəhid Denis Proninin ailəsi ziyarət olunub

Şəhid Denis Proninin ailəsi ziyarət olunub

by bbnadm
0 comments 0 views 1 minutes read

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhid Denis Proninin ailəsini ziyarət ediblər.

Şəhidin məktəbli qızına onlayn dərslərdə iştirak etmək üçün ehtiyacı olan noutbuk hədiyyə olunub.

Denis Proninin cəbhəyə könüllü yollandığını və Füzuli istiqamətində gedən döyüşlərdə həlak olduğunu bildirən şəhidin ailəsi müzəffər Azərbaycan ordusunun onun qanını yerdə qoymadığını, qisasını aldığını söyləyib. Ailəsi Denisin daim Qarabağın işğaldan azad olunmasında iştirak etməsini arzuladığını deyib. Yaxınları qürur hissi ilə vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı, ədalət bərqərar oldu və Denisin ruhu artıq şaddır.   

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.