
2026-cı il 15–17 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində “Silk Road Cash & Payments Conference 2026” keçiriləcək.
Bu il “Ödəniş ekosisteminin birləşdirilməsi: inklüziv və dayanıqlı əlaqəlilik naminə nağd pul və rəqəmsal ödənişlər arasında balansın qorunması” mövzusuna həsr olunacaq konfransda ödəniş ekosisteminin inkişafı, QR və ani ödənişlər, sərhədlərarası ödənişlər, tokenizasiya, stabilkoinlər, rəqəmsal ödənişlərin genişlənməsi, süni intellektin ödəniş və nağd pul əməliyyatlarına təsiri, nağd pul dövriyyəsinin modernləşdirilməsi, əskinas istehsalında innovativ texnologiyalar, təhlükəsizlik həlləri və digər aktual mövzular müzakirə olunacaq.
Konfrans mərkəzi bankların, kommersiya banklarının, ödəniş xidməti təminatçılarının, fintex şirkətlərinin, maliyyə bazarı infrastrukturu qurumlarının və texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirərək beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq üçün platforma rolunu oynayacaq.
Qeyd edək ki, konfransda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün Silk Road Cash & Payments Conference-ın rəsmi səhifəsinə daxil ola bilərlər.




