Cənubi-Şərqi Asiyanın, Sinqapurun ən böyük bankı – DBS bazar ertəsi günü açıqlanan məlumatlara əsasən proqnozları üstələyib və rüblük (III rüb) gəliri 17% artıb.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, rüb ərzində DBS-in xalis gəliri bir öncəki ilin analoji dövrü ilə müqayisədə 2.24 milyard Sinqapur dollarından 2.63 Sinqapur dollarına (1.94 milyard ABŞ dolları) yüksəlib.
Əlavə edək ki, qeydə alınan nəticələr analitiklərin iyul-sentyabr (III rüb) aylarını əhatə edən proqnozlarından olduqca yüksək olub – proqnoz 2.5 milyard Sinqapur dolları istiqamətində idi. Maliyyə nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri 0.75% artım nümayiş etdirib.
Qeyd edək ki, DBS-in III rüb gəlirlərinin çox olması isə uçot faiz dərəcəsinin yüksək olması ilə əlaqələndirirlər və şirkətin Baş icraçı direktoru (CEO) Piyush Gupta da artımların faiz dərəcəsinin yüksək olması ilə bağlı olduğunu qəbul edib və əlavə edib ki, III rübdə rekord gəlir əldə edilib və inkişaf davam edir.