Home » SOCAR Rumıniyada 74-cü YDM-i istifadəyə verib

SOCAR Rumıniyada 74-cü YDM-i istifadəyə verib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

BBN.az xəbər verir ki, Rumıniyadakı törəməsi olan “SOCAR Petroleum SA” şirkətinə istinadən xəbər verir ki, bu məntəqə Rumıniyanın liman şəhəri Konstantsada “SOCAR” brendli sayca 74-cü, sözügedən regionda isə ilk YDM-dir.

Məlumatda deyilir ki, 16 il əvvəl SOCAR Rumıniyada hüquqi şəxs olaraq qeydiyyatdan keçdikdə onun 74 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malik olacaq bir şirkətə çevriləcəyi inanılmaz idi. Biznes fəaliyyətinə başlanılan qisa müddət ərzində SOCAR Rumıniyada illik dövriyyəsi 500 milyon avrodan çox olan regional bir treyderə çevrilib, ölkənin enerji bazarına 70 milyon avro həcmində sərmayə yatırıb, dövlət büdcəsinə 100 milyon avrodan çox vergi ödəyib, ətrafında 750-dən çox əməkdaşı birləşdirən böyük bir “SOCAR Romania” ailəsinə çevrilib.

Qeyd edək ki, hazırda “SOCAR Petroleum SA” Rumıniyanın 28 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.