Home » Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün “Biznesin Sədası” layihəsinə başlandı

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün “Biznesin Sədası” layihəsinə başlandı

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün növbəti layihəyə start verilib.

 

Agentlik ilə Azərbaycan Karlar Cəmiyyətinin birgə əməkdaşlığı ilə həmin şəxslərin özünüməşğulluğunu təmin etmək məqsədilə “Biznesin Sədası” layihəsinin icrasına başlanılıb.

 

Layihə üzrə eşitmə qabiliyyəti məhdud işsiz şəxslər özünüməşğulluq proqramına cəlb olunaraq dərzi və qənnadçı istiqamətlərində öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediləcək. Agentliyin təşkil etdiyi peşə hazırlığı kurslarını bitirən, həmçinin həmin sahələr üzrə bacarıqları olan şəxslər bu layihəyə cəlb olunacaq.

 

Hazırda layihə iştirakçılarının qeydiyyatı aparılır. Növbəti mərhələdə onlar təlimlərdə iştirak edəcək və qiymətləndirməyə cəlb ediləcəklər.

 

Layihəyə eşitmə qabiliyyəti məhdud 30 şəxsin cəlb edilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.