Home » Bakıda kirayə qiymətləri artır: premium seqment 3500 manata çatır

Bakıda kirayə qiymətləri artır: premium seqment 3500 manata çatır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bakıda işgüzarlıq səviyyəsinin yüksək olduğu və iri biznes mərkəzlərinin yerləşdiyi ərazilərdə kirayə mənzil qiymətləri daha yüksək olaraq qalır. Premium seqmentdə isə kirayə haqları orta hesabla 2500-3500 manat arasında dəyişir.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının hesablamalarına əsasən, hazırda ölkə üzrə orta kirayə qiyməti 1002 manat təşkil edir. Bu göstərici əsasən dəyəri 250-300 min manat olan ikiotaqlı mənzilləri əhatə edir.

Ekspert qeyd edib ki, paytaxtın mərkəzi rayonlarında kirayə qiymətlərinin artım tempi daha yüksəkdir. Orta seqmentə aid ərazilərdə isə qiymətlər əsasən 600-800 manat aralığında sabit qalır. Xəzər, Pirallahı və Qaradağ rayonlarında isə kirayə mənzil qiymətləri 300-450 manat arasında dəyişir.

V.Oruc əlavə edib ki, il ərzində kirayə bazarında qiymət artımının davam edəcəyi gözlənilir. Bu artım həm beynəlxalq proseslər, həm də ölkəyə gələnlərin sayındakı dəyişikliklə bağlıdır. Eyni zamanda, qarşıdan gələn mövsümi bahalaşma dövrü də bazara təsir edəcək.

Onun fikrincə, xüsusilə iyul ayından etibarən tələbə qəbulu nəticəsində təxminən 50 min abituriyentin tələbə adını qazanması kirayə bazarında qiymətlərin daha da yüksəlməsinə səbəb olacaq. Nəticə etibarilə, bu il kirayə seqmentinin satış bazarı ilə müqayisədə daha çox bahalaşacağı proqnozlaşdırılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.