Home » Spotify ABŞ-da premium qiymətini qaldırdı

Spotify ABŞ-da premium qiymətini qaldırdı

by yunus
0 comment 0 views 1 minutes read

Rəqəmsal musiqi platforması Spotify, ABŞ-dakı müştəriləri üçün abunə qiymətlərini artırdığını açıqladı. Fərdi plan 10,99 dollardan 11,99 dollara, ikili plan 14,99 dollardan 16,99 dollara, ailə planı isə 16,99 dollardan 19,99 dollara yüksəldi. Azərbaycan qiymətlərində hələlik heç bir dəyişiklik müşahidə edilməyib.

BBN.az xəbər verir ki,qiymət artımları Spotify-ın bu yaxınlarda gəlirində 20 faiz artım, premium abunəçilərin sayında 14 faiz artım və rekord rüblük mənfəət bildirməsindən sonra baş verdi.”Biz Premium Individual-ın qiymətini artırırıq ki, məhsul təkliflərimizə və xüsusiyyətlərimizə sərmayə qoymağa və yeniliklərə davam edə bilək”, – şirkətin açıqlamasında bildirilib.

Qiymət artımı bu ay üçün yeni abunəçilərə şamil olunacaq,gələn aydan mövcud abunəçilər yeni tariflə ödəniş edəcəklər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.