

ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın qlobal satışları iyul-sentyabr dövründə 7 faiz azaldı.
BBN.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvə zənciri Starbucks, gələn həftə dərc olunacaq balans hesabatından əvvəl ilkin maliyyə nəticələrini açıqladı.
Buna görə Starbucks’ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə 7 faiz azalma olub.Starbucks-ın səhm başına qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent olub.
Şirkətin 2024-cü ilin tam maliyyə hesabatı üzrə qlobal müqayisə edilə bilən mağaza satışları da 2 faiz azalıb.