Home » “Startup School”da növbəti treninqi Nevada Universitetinin professoru aparıb

“Startup School”da növbəti treninqi Nevada Universitetinin professoru aparıb

by bbnadm
0 comments 4 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”da xarici ekspertlərin treninqləri davam edir.     

Nevada Universitetinin Biznes Kollecinin proqram koordinatoru Pavel Pietrasienski (Ph.D. Pawel Pietrasienski) “Bazara giriş və ABŞ-da biznesin aparılmasının praktiki aspektləri” mövzusunda treninq keçib.

Ekspert bildirib ki, kursun məqsədi tələbələri ABŞ-da, xüsusən də Nevada ştatında biznesin aparılmasının müxtəlif aspektləri haqqında praktiki biliklərlə təmin etməkdir.

Qeyd edək ki, treninqlərin sonunda seçilən 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.

LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.