0


Yaponiya mərkəzli avtomobil istehsalçısı “Subaru” 80 mindən çox avtomobilini geri çağırıb. Buna əsas səbəb kimi, avtomobillərin hərəkəti zamanı arxa hərəkətverici hissəsinin yayları korroziyaya məruz qalması və sıradan çıxa bilməsi ehtimalı göstərilir.
Defektli avtomobillərə 2013-2015-ci illər arası istehsal edilən “Forester” modelləri daxildir. Geri çağırılan 81260 avtomobil Çin bazarında satılıb.
“Subaru” şirkəti bütün defektli avtomobilləri öz hesabına təmir edəcəyini bildirib.