“Tesla” mərkəzi ofisini köçürdür

Elektrikli avtomobil istehsalı üzrə fərqlənən şirkətlərdən olan “Tesla” əksər beynəlxalq korporasiyaların mərkəzi ofislərinin yerləşdiyi Kaliforniyanın Palo Alto şəhərindən çıxacaq. Bu barədə, şirkətin təsisçisi Elon Musk şirkətin illik iclasında açıqlama verib.

“Tesla” şirkəti “Oracle”, “HP”, və “Toyota Motors”dan sonra mərkəz ofisini Kaliforniyadan Teksasa köçürən dördüncü şirkət olacaq. Belə bir dəyişikliyə əsas səbəb kimi, Kaliforniyada ucuz işçi qüvvəsinin qıtlığı, həmçinin ştatın daxili qanunlarının və vergitutma sisteminin çətin olması göstərilib.

Məlumat üçün qeyd edək ki, hazırda şirkətin Texas ştatının Austin şəhərində yerləşən avtomobil və batareya zavodlarının yaxınlığında hündürmərtəbəli ofis binası tikilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır