Home » “Tesla” satışları rekord qırıb

“Tesla” satışları rekord qırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avtomobil sənayesi dünya iqtisadiyyatında uzun illərdən bəri öz nüfuzunu qoruyub saxlayır və böyük paya sahibdir. Texnoloji inkişaf nəticəsində ərsəyə gələn elektriklə işləyən avtomobillər isə avtomobil bazarının əsas tərkib hissələrindən birinə çevrilib.

Elektriklə işləyən avtomobil istehsalı sahəsində ən böyük və tanınmış şirkətlərdən olan “Tesla” şirkətinin satışlarında rekord artım qeydə alınıb. 2022-ci ilin birinci rübü ərzində 310 mindən çox elektromobil satışı həyata keçirən “Tesla” göstəriciləri “Refinitiv” tərəfindən verilən proqnozları (308 min 836 ədəd) üstələyib. Qeyd edək ki, “Tesla” elektromobil satışları ötən rübə nəzərən 1500 ədəd, ötən ilin müvafiq rübünə nəzərən isə 68% (185 min ədəd) artım göstərib.

Yanvar-mart ayları aralığında “Tesla” şirkəti tərəfindən istehsal edilən elektrikli avtomobillərin sayı 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 433 ədəd azalaraq 305 min 407 ədəd səviyyəsində qərarlaşıb.

Ümumilikdə, 2021-ci ildə elektromobillərin satışı 2020-ci il ilə müqayisədə 2 dəfədən çox artaraq 4.5 milyona yüksəlib. Bir çox Amerika və Avropa ölkələrində “Tesla” brendi geniş yayılsa da, Şərqi Asiya bazarında “BYD” elektromobillərinin hegemonluğu davam edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.