Home » “Toyota” istehsalı kəskin azaldacaq

“Toyota” istehsalı kəskin azaldacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yaponiyanın ən böyük avtomobil istehsalçılarından olan “Toyota Corporation” şirkətin istehsal həcmi ilə bağlı kritik qərar verib. Belə ki, şirkət rəsmisinin Yaponiya mətbuatına verdiyi məlumata görə, gələn ay qlobal bazarda “Toyota” markalı avtomobillərin istehsalı 15% azaldılacaq. Bu isə, ay ərzində ümumi 150 minə yaxın sayda avtomobilin istehsalının ləğvi deməkdir.

Sentyabr və oktyabr ayları ərzində də müəyyən istehsal kəsrlərinə qərar verən “Toyota” şirkəti noyabr ayı üçün belə gözlənilməz qərarın verilməsində əsas səbəb kimi, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində koronavirus pandemiyasının yenidən sürətlə yayılması səbəbindən avtomobillər üçün çip və yarımkeçiricilərin istehsalının yetərli səviyyədə olmaması göstərilib.

Şirkətin noyabr ayı ərzində ümumi 820 minə yaxın avtomobil istehsal etməsi gözlənilir. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə geriləmə deməkdir. Bununla belə, şirkət rəsmisi dekabr ayından etibarən vəziyyətin sabitləşəcəyini və istehsal prosesinin yenidən bərpa olunacağını açıqlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.