Home » Tramp üçüncü dəfə “TikTok”un satışını təxirə salıb

Tramp üçüncü dəfə “TikTok”un satışını təxirə salıb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp “TikTok”un ABŞ-dakı aktivlərinin satışına dair müddəti üçüncü dəfə təxirə salıb. Ağ Evdən verilən məlumata görə, tətbiqin ABŞ-dakı fəaliyyətini davam etdirməsi üçün daha əvvəl müəyyən edilmiş 19 iyun tarixindən etibarən əlavə 90 günlük möhlət tanınıb.

BBN.az xəbər verir ki, bu qərar ABŞ administrasiyasına həm istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək, həm də tarif razılaşmasını tamamlamaq üçün əlavə vaxt qazandıracaq.

Xatırladaq ki, Prezident Tramp Konqres tərəfindən “TikTok” üçün qəbul edilmiş və yanvar ayında qüvvəyə minməsi gözlənilən qadağanın icrasını bundan əvvəl iki dəfə təxirə salmışdı.

Ağ Evin mətbuat katibi Karolin Livit məsələyə münasibət bildirərək deyib: “Prezident Tramp bu həftə ‘TikTok’un fəaliyyətini davam etdirməsi üçün əlavə fərman imzalayacaq.”

Qəbul edilən bu qərar ABŞ və Çin arasında gərginlik yaradan “TikTok” məsələsində yeni çıxış yolu yaratmaqla yanaşı, həm amerikalı alıcının, həm də Pekin hökumətinin razılığını tələb edən mürəkkəb bir razılaşmanın əldə olunması üçün Trampa əlavə vaxt verir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.