Türkiyədə ölkədaxili sərmayə yatırımında müsbət göstəricilər müşahidə olunur.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) hazırladığı rəsmi hesabata istinadən, 2022-ci ilin yanvar ayında ölkə daxilində açılan şirkətlərin sayı ötən ilin dekabr ayına nisbətdə 16.6% artıb, bağlanan şirkətlərin sayı isə 73% azalıb.
Ümumilikdə isə, 2022-ci ilin yanvar ayında Türkiyə Respublikasında 11526 şirkət və korporasiya açılıb. Bu rəqəm ötən ilin müvafiq ayının göstəricisindən 0.6% çoxdur.
Məlumat üçün qeyd edək ki, sözügedən dövrdə açılan şirkətlərin 40%-i İstanbulda, 9.3%-i Ankarada, 6%-i isə İzmir şəhərində açılıb.