Türkiyədə fevral ayında iqtisadi inam indeksi artıb

Türkiyə Statistika Komitəsi fevral ayı üçün iqtisadi inam indeksini açıqlayıb.

İqtisadi inam indeksi bu ay ötən ay ilə müqayisədə 0.5 faiz artaraq 97.5 faizə qədər yüksəlib. İndeksin artmasının əsas səbəbi , real sektor (istehsal sənayesi) və xidmətlər sektorunda müşahidə olunan inam indekslərinin yüksəlməsidir.

Fevral ayında inam indeksi real sektorda 0.3%, xidmətlər sektorunda isə 3.4% artıb. Digər tərəfdən isə, istehlakçı inam indeksi 2.7%, pərakəndə ticarət üzrə inam indeksi 2%, inşaat sektorunun inam indeksi isə 5.7% geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır