Home » Cari ilin yanvar-aprel aylarında ÜDM istehsalı artıb

Cari ilin yanvar-aprel aylarında ÜDM istehsalı artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.

ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olmuşdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.