Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

12.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Keçirilmiş depozit hərracında tələb 648,98 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır