Home » VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATDI

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU BAŞA ÇATDI

by khayale
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən “VII Beynəlxalq Bankçılıq Forumu” başa çatmışdır.

2 noyabr 2023-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU – “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” başa çatmışdır.

Ümumilikdə iki gün davam edən Forumda aidiyyatlı dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak etmişdirlər.

Ümumilikdə tədbirə iki gün ərzində 250-ə yaxın şirkət, 1400-ə yaxın yerli və xarici iştirakçı qatılmışdır.

Tədbir doqquz Paneldən ibarət olmaqla, “Etibarli, təhlükəsiz və dayanıqlı bankçılıq”, “İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi”, “Özünəxidmətin yeni sərhədi”, “Maliyyə texnologiyaları və trendlər”, “Ödənişlərin təkamülü: minimum təmasa doğru”, “Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası”, “Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları”, “ESG bankçılığı”, “ Cənubi-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri” mözvularını əhatə edib.
Tədbirdə iki gün ərzində 43 spiker əlaqədar mövzularda çıxış etmişdir.

İştirakçılar və məruzəçilər arasında Mastercard, BS/2, NBA Technologies, Azericard, Architecht, Creatio, UPT, System technologies, United Payment, Fineksus, Millicard, IOM, Apex Capital Partners, N-ix, Compliance Control, Visionlabs, DVA, YAZ və digər nüfuzlu şirkət nümayəndələri yer almışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.