Home » Virus qlobal turizmə 22 milyardlıq zərər vura bilər

Virus qlobal turizmə 22 milyardlıq zərər vura bilər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus epidemiyası turizm iqtisadiyyatına 22 milyard dollardan artıq zərər vuracaq. Bu açıqlamanı Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) sədri Gloria Guevara verib. 2800-dən çox insanın ölümü ilə nəticələnən bu virusun yayılması ilə aviaşirkətlər vasitəsilə həyata keçirilən uçuşların sayında azalma müşahidə olunub.

Qeyd edək ki, WTTC tərəfindən aparılan bu hesablamada “SARS” və “H1N1” kimi virusların yayılması nəticəsində ortaya çıxan statistikadan istifadə olunub və turizmə ən çox zərər vuracaq faktorun Çin əsilli turistlərin sayında müşahidə edilən kəskin azalma olduğu aşkarlanıb.

Bununla yanaşı, daha pessimistik ssenari müşahidə olunduqda, yəni “COVID-19” epidemiyası “SARS” epidemiyası (Noyabr 2002- İyul 2003) kimi uzunmüddətli olduqda ümumi turizmə dəyəcək zərərin iki dəfədən çox artaraq 50 milyard dollara çatacağı ehtimal edilir. “Oxford Economics” isə bu rəqəmin 73 milyardı ötə biləcəyini də bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.