Home » Vüsal Qurbanov: “Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq”

Vüsal Qurbanov: “Könüllü sığorta məhsulları vahid paketdə təqdim olunacaq”

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycanda könüllü sığorta sahəsindəki mövcud növlərin beynəlxalq standartlara uyğunlaşdırılması hədəflərinir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Baş direktor vurğulayıb ki, uyğunlaşdırma prosesi addım-addım həyata keçirilir: “İlk növbədə avtomobilin gövdəsini əhatə edən KASKO sığortası gəlir. Ardınca nəqliyyat vasitəsindəki sərnişinlərin fərdi qəza sığortası, sonda isə üçüncü şəxslər qarşısında mülki məsuliyyətin könüllü sığortası yer alır.

Bu növlər əhaliyə vahid məhsul kimi təklif edilir. KASKO könüllü xarakter daşıyır və burada sığortaçı avtomobilin zədələnməsi halları üçün öz üzərinə öhdəlik götürür. Bu istiqamətdə xidmət keyfiyyətinin yüksəldilməsini tələb edən detallar mövcud idi. Artıq həmin məsələlər xüsusi qaydalar çərçivəsində tənzimlənib və ictimaiyyətə tezliklə müvafiq məlumat veriləcək”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.