1
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 1.03% azalaraq 1 barrelə görə 71.81 ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barrelinin qiyməti isə 1.02% azalaraq 1 barrelə görə 68.00 ABŞ dolları olub.