X ödəniş sistemi X ödəniş sistemi xidmətini işə salmağa hazırlaşır.
BBN.az bu barədə Bloomberg Türkiyə’yə istinadən xəbər verir.
Elon Musk əvvəllər Twitter kimi tanınan sosial şəbəkə tətbiqini ilk dəfə satın aldıqda, bunun istifadəçilərin X hesablarında pul saxlaya, digər istifadəçilərə ödənişlər göndərə və potensial olaraq yüksək gəlirli pul bazarı hesablarına daxil ola biləcəyi bir platforma olmasını istədiyini bildirmişdi.
Şirkət ABŞ-da pul köçürməsinə imkan verəcək ödəniş təşkilatı lisenziyalarının alınmasında irəliləyiş əldə edib.
Keçən həftə X Payments-ə (X-in tam mülkiyyətində olan törəmə şirkəti) Şimali Dakotada lisenziya verildi və pul köçürmələrinin ümumi sayını 33-ə çatdırdı.