Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes, keçən həftənin cümə günü X/Twitter-ə ümummilli qadağa qoyulmasını əmr etdi.
Bundan əlavə, məhkəmənin çıxardığı qərarla ölkədə VPN istifadə edərək X-ə daxil olmağa çalışan istifadəçilərin gündə təxminən 9 min dollar cərimələnəcəyi qeyd edilib.
BBN.az Business Insider-in məlumatına istinadən xəbər verir ki, məhkəmə cərimənin tətbiq oluna biləcəyini bildirsə də, Braziliyada istifadəçilərin VPN-dən istifadəsində artım var.
Yüksək potensial cərimələrə baxmayaraq, VPNMentor tərəfindən aparılan təhlilə görə, Braziliyada VPN tələbi 1600 faiz artıb.
Elon Musk Moraesin ifrat sağçı qruplarla əlaqəli məzmunu platformadan silmək əmrini yerinə yetirməkdən imtina etdiyi üçün X-in ölkə daxilində qadağan olunduğu bildirilir.