Home » XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

by yunus
0 comments 2 views 1 minutes read

Xalq Bankın təqdim etdiyi XalqKart Cashback və Petrol kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı. 1 iyuldan etibarən XalqKartda olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər XalqKartda vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir.

Qeyd edək ki, 31 dekabradək 3 illik XalqKart Petrol və XalqKart Cashback kartları pulsuz təqdim edilir. XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda müxtəlif üstünlüklər mövcuddur:

– AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir;

– ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;

– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

– onlayn sifariş və pulsuz çatdırılma. Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.