Home » “Xerox” təklifi artırıb

“Xerox” təklifi artırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Xerox Holdings Corp” özündən üç dəfədən də böyük “Hewlett Packard” şirkətini satın almağa daha bir cəhd göstərib. Belə ki, bundan əvvəl bir neçə dəfə rədd cavabı alan “Xerox” səhmbaşına etdiyi təklifi 2 dollar artıraraq 24 dollara çatdırıb. Şirkət bildirib ki, bununla “HP” şirkəti qarşılığında təklif edilən məbləğ 35 milyard dollara çatıb. Şirkətin tender təklifini mart ayının 2-sində irəli sürəcəyi gözlənilir.

ABŞ mərkəzli printer istehsalçısı noyabr ayında ilkin təklifində səhm və nəğd pul birlikdə 33.5 milyard dollarlıq təklif irəli sürüb. Lakin, “HP” rəhbərliyi şirkətləri üçün bu məbləğin əhəmiyyətli dərəcədə aşağı olduğunu bildirərək təklifi geri çevirib. “Xerox” şirkəti isə öz təqdimatında iki şirkətin birləşməsinin satışları 1.5 milyard dollar məbləğində artıracağını vurğulayıb.

“HP” şirkəti yeni təkliflə bağlı fikir bildirməyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.