Home » XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Oman Sultanlığının Maskat şəhərində təşkil olunmuş “Kibertəhlükəsizlik həftəsi – 2024” çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 16-cı illik konfransı keçilib. Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti iştirak edib.

“Kibertəhlükəsizlik – rəqəmsal iqtisadiyyatın hərəkətverici amili kimi” mövzusuna həsr olunmuş tədbir OIC-CERT üzvləri ilə yanaşı bu sahədə fəaliyyət göstərən digər təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizliyinin inkişafı məqsədilə təşkil olunub.

XRİTDX-nın nümayəndəsi Murad Balayev konfransda “Kibertəhlükəsizlik sahəsində meydana çıxan yeni texnologiyalar” mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib. O, Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində görülən işlər, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətindən, həmçinin süni intellekt əsaslı həllərin kibertəhlükəsizliklə yanaşı kiberhücum aləti olaraq da tətbiq edilməsinə dair real nümunələr və təcrübələrdən bəhs edib.

Tədbirdə 60 ölkədən 600-dən artıq nümayəndə iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.