0
Xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi başa çatıb.
Bu barədə Mərkəzi Bankdan bildirilib.
“Hazırda sınaq üçün qəbul olunan təşkilatlarla Mərkəzi Bank arasında müqavilə imzalanması prosesi başlayıb. Növbəti mərhələdə xüsusi tənzimləmə rejimi iştirakçıları təqdim etdikləri innovativ məhsulları məhdud şərtlərlə sınaqdan keçirəcəklər”, – deyə qeyd edilib.