
Yaponiya Mərkəzi Bankının (BOJ) faizləri sabit saxlamasına baxmayaraq, gələcəkdə artımların davam edəcəyinə dair verdiyi sərt mesajlar yapon yenini qlobal valyutalar qarşısında bahalaşdırıb. Bankın inflyasiya risklərinə qarşı qətiyyətli mövqeyi bazarda “şahin” dönüş kimi qəbul edildiyi halda, ABŞ dolları Fed-in növbəti addımları və Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda nisbətən sabit qalıb.
Yeninin dəyər qazanmasının əsas səbəbi investorların Yaponiya və ABŞ arasındakı faiz fərqinin daralacağına olan inamının artmasıdır. BOJ rəhbərliyinin iqtisadi göstəricilər imkan verdiyi müddətcə pul siyasətini sərtləşdirməyə davam edəcəyini bildirməsi yenə olan tələbi artırıb. Digər tərəfdən, İran ətrafında baş verən hadisələr və Hürmüz boğazı ilə bağlı qeyri-müəyyənlik investorları ehtiyatlı davranmağa sövq edir ki, bu da dolların hələlik kəskin ucuzlaşmasının qarşısını alır.




