Home » Yaşıl İqlim Fondu ADB-nin buzlaqlardan asılı regionlar üçün proqramına 250 milyon dollar ayırdı

Yaşıl İqlim Fondu ADB-nin buzlaqlardan asılı regionlar üçün proqramına 250 milyon dollar ayırdı

by Zeyneb
0 comments 2 views 1 minutes read

Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (ADB) “Buzlaqlardan Təsərrüfatlara” proqramı üçün 250 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi ayırıb.

Proqramın əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanda buzlaqlardan asılı olan icmalarda dayanıqlı su və kənd təsərrüfatı sistemlərinin qurulmasıdır.

YİF tərəfindən ayrılan vəsait əsasən qrantlar şəklində təqdim olunacaq və ADB-nin növbəti 10 ildə bu proqram çərçivəsində planlaşdırdığı 3,25 milyard ABŞ dolları həcmindəki investisiya ilə birlikdə yönəldiləcək. Maliyyə dəstəyi suvarma sistemlərinin yaxşılaşdırılması, su anbarlarının yaradılması və su hövzələrinin idarə edilməsinə sərf ediləcək.

ADB-nin müvafiq departamentinin direktoru Yasmin Siddiqi bildirib ki, buzlaqların sürətlə azalması region üçün ən ciddi inkişaf riski olaraq qalır və proqram sistemli, miqyaslana bilən həllərə imkan verəcək.

Proqram Azərbaycan da daxil olmaqla 9 ölkəni – Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Bu ölkələrdə kənd təsərrüfatı və içməli su təminatı böyük ölçüdə buzlaq və qar sularından qidalanan çaylardan asılıdır.

Layihə çərçivəsində Narın, Pyanc, Kür və Svat çay hövzələri üzrə tədbirlər görüləcək və təxminən 27 milyon hektar əraziləri əhatə edəcək. Proqramdan 13 milyon insanın birbaşa faydalanacağı gözlənilir.

İqlim risklərinə adaptasiya məqsədilə erkən xəbərdarlıq sistemləri, sosial müdafiə və səhiyyə xidmətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bundan əlavə, yerli bankların potensialı artırılaraq xüsusilə qadınlar tərəfindən idarə olunan kənd təsərrüfatı təsərrüfatlarına dəstək veriləcək.

YİF-in departament direktoru Thomas Eriksson qeyd edib ki, bu təşəbbüs regionun gələcək su və qida təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.