Home » Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi – Foto

Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi – Foto

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Yelo Bank daha bir mötəbər tədbir üçün baş ofisinin qapılarını açdı. Bankın dəstəyi, “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı ilə ölkəmizdə ilk dəfə olaraq “Customer Tech Conference” adlı tədbir keçirilib. Yerli bankların müvafiq sahə üzrə nümayəndələrinin qatıldığı konfransda “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi tərəfindən həyata keçirilən son texniki dəyişikliklər, yeni məhsul və xidmətlər haqqında məlumat verilib. Həmçinin innovativ xidmətlər və onların üstünlükləri haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müasir interyeri və geniş infrasturkturu ilə Yelo Bank-ın baş ofisi bir çox mədəni, biznes və təhsilyönümlü tədbirləri həyata keçirməyə imkan verir. Bankda daha öncə geniş konsertlər, forumlar, karyera günləri və s. tədbirlər təşkil olunub. Pulsuz Mastercard kartı əldə etmək istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.