
İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Invest tətbiqi vasitəsilə PAŞA Bank-ın səhmlərini onlayn qaydada əldə edə bilərlər.
Yelo Invest vasitəsilə IPO-da iştirakın üstünlükləri:
✔️ Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN-dir;
✔️ Minimum alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq olunmur;
✔️ Abunə dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır;
✔️ Banka gəlmədən, birbaşa mobil tətbiqdə Yelo Invest üzərindən sürətli abunə yazılışı.
Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və investorlar üçün şəffaf gəlir imkanı yaradır. Vaxt itirmədən Yelo App-ə daxil olaraq bu fürsətdən yararlana və investisiya portfelini dəyərli aktivlərlə zənginləşdirə bilərsən.
Yelo Invest: https://ylb.az/invest. Yelo Invest haqqında əlavə suallarınız (məs: investisiya şirkətləri hansılardır?) var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!




