Home » YENİ NƏSİL İNVESTİSİYA İMKANI ARTIQ RABİTA MOBİLE-DA!

YENİ NƏSİL İNVESTİSİYA İMKANI ARTIQ RABİTA MOBİLE-DA!

by yunus
0 comments 3 views 1 minutes read

Rabitəbank müştərilərinə əlavə qazanc fürsəti təqdim edir!

Artıq Rabita Mobile tətbiqində Rabita Invest xidməti aktivdir, bu isə o deməkdir ki, investisiyaya başlamaq üçün nə filiala getməyə, nə də uzun sənədləşmə proseslərindən keçməyə ehtiyac yoxdur.

Sadəcə SİMA rəqəmsal imza ilə bir neçə addımda hesab yaradaraq investisiya dünyasına qoşula bilərsiniz. İndi ABŞ birjalarında yer alan Tesla, Microsoft, Nvidia, Apple və digər minlərlə beynəlxalq şirkətin səhmlərini, eyni zamanda ETF-ləri həm tam, həm də hissəvi şəkildə almaq mümkündür.

İnvestisiyalara başlamaq üçün AZN, USD, EUR valyutalı Kartmane kartınızdan və ya Rabitəbank hesabınızdan istifadə edə bilərsiniz. Sadə interfeys sayəsində portfelinizi izləmək, şirkətlər haqqında məlumat əldə etmək, dividendləri nəzarətdə saxlamaq və bazar dəyişikliklərini anında görmək indi daha rahatdır.

Rabita Invest xidməti “Capital Partners” QSC İnvestisiya Şirkəti vasitəsilə təqdim olunur. Şirkət həm fiziki, həm də hüquqi şəxslər üçün qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət və digər peşəkar investisiya xidmətlərini göstərir.

Rabitəbank yaxın dövrdə investisiya xidmətinin funksiyalarını və bazar imkanlarını daha da genişləndirməyi planlaşdırır. Məqsəd, hər bir müştərinin maliyyə savadlılığını və gəlir imkanlarını artırmaq, investisiyanı gündəlik bank təcrübəsinin bir hissəsinə çevirməkdir.

Rabita Mobile ilə investisiya sadə, rahat və təhlükəsizdir!

Siz də Rabita Mobile tətbiqini yükləyin, Rabita Invest xidmətindən faydalanın və gəlir gətirən qərarlarınızı bu gündən verin.

Rahat bankçılığın üstünlüklərini Rabita Mobile ilə hiss edin!

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

 

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.