YouTube-un 9 illik CEO-su vəzifəsindən gedir

Google-un sahibi olduğu popular video paylaşım platfoması YouTube-un CEO-su Susan Wojcicki vəzifəsindən gedir.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, 25 il Google-un işçisi olan Susan xanım şirkətin reklamlar və satış üzrə vitse-prezidenti olduqdan sonra, son 9 ildə YouTube-un CEO-su kimi çalışıb. Onun fəaliyyəti dövründə YouTube vebdə ən populyar platformaya çevrilib. 

O, işçilərinə göndərdiyi məktubunda qərarın arxasında duran səbəblərdən danışıb və əlavə edib ki, özünün sağlamlığına, ailəsinə və şəxsi layihələrinə fokus olmaq niyyətindədir.

Qeyd edək ki, YouTube Google-un əsas reklam bizneslərindən biridir və 2022-ci ilin IV rübündə şirkətə 7.9 milyard (daha əvvəlki rübdəki 8.6 milyarddan enib), bütün il üçün isə 29.2 milyard dollar qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır