Home » Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib

by anar
0 comments 1 views 1 minutes read

2024-cü il ərzində təşkil olunmuş 10 “KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində 440-a yaxın KOB subyektinin məhsullarının tanıdılmasına və satışına dəstək göstərilib. 

2024-cü ilin sonuncu, sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Yarmarkada Zəngilan, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satışı həyata keçirilib.

Qeyd edək ki, 2024-cü il ərzində “KOB Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada, Xaçmazda, Göyçayda və Zəngilanda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 440-a yaxın KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub. “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilib. Yarmarka KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, sahibkarların yeni əməkdaşlıqlar qurması, satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.