Home » Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

by anar
0 comments 0 views 1 minutes read

Yarmarkada 100-ə yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur.

Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “KOB FEST” sərgi-satış yarmarkası keçirilir. 

Göyçay şəhər Stadionunda keçirilən yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərə təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər, orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri, ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışı həyata keçirilir.

“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunub.

“KOB FEST” sərgi-satış yarmarkası noyabrın 9-da da davam edəcəkdir. 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.