Home » Zakir Nuriyev Dünya Bankının “Azərbaycan üzrə Dövri İqtisadi Hesabat” tədbirində çıxış edib

Zakir Nuriyev Dünya Bankının “Azərbaycan üzrə Dövri İqtisadi Hesabat” tədbirində çıxış edib

by Zeyneb
0 comments 3 views 1 minutes read

Dünya Bankının təşkilatçılığı ilə keçirilən “Azərbaycan üzrə Dövri İqtisadi Hesabat”ın təqdimat mərasimi çərçivəsində “Azərbaycanda özəl investisiyaların canlandırılması: Nə edilməlidir?” mövzusunda panel müzakirəsi baş tutub. Panelə Dünya Bankının baş iqtisadçısı Migel Sançes moderatorluq edib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında bildirib ki, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində ardıcıl və koordinasiyalı tədbirlər həyata keçirilir.

O qeyd edib ki, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” nəzdində fəaliyyət göstərən “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupu, eləcə də İqtisadi Şura çərçivəsində yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması” işçi qrupu bu istiqamətdə mühüm rol oynayır.

“Bu təşəbbüslər həm banklar, həm də sahibkarlar üçün qarşılıqlı etimad və şəffaflıq mühitini gücləndirir”, – deyə Zakir Nuriyev vurğulayıb.

Azərbaycan Banklar Assosiasiyasında həmçinin yeni PR strategiyası hazırlanıb ki, bu strategiya bank sektorunun reputasiyasını möhkəmləndirməyə, etimadı artırmağa və kommunikasiya fəaliyyətini daha sistemli əsasda qurmağa xidmət edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.