Home » Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını təqdim edir!

Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını təqdim edir!

by yunus
0 comments 1 views 2 minutes read

Ziraat Bank Azərbaycan 10.08.2026 tarixindən investorlar üçün ümumi həcmi 15 000 000 AZN olan yeni istiqraz emissiyasını təqdim edir.

Yeni emissiya investorlara sabit gəlir əldə etmək imkanı yaratmaqla yanaşı, real sektorun və sahibkarlığın maliyyələşdirilməsinə, eləcə də Azərbaycanın kapital bazarının inkişafına töhfə verməyi hədəfləyir.

1 il müddətinə buraxılan istiqrazlar üzrə illik gəlirlilik 10,5% təşkil edir. Kupon (faiz)  ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 AZN təşkil edir. Bu isə müxtəlif məbləğlərdə investisiya etmək istəyən investorlar üçün istiqrazları əlçatan investisiya alətlərindən birinə çevirir.

Yeni istiqraz emissiyası çərçivəsində cəlb olunan vəsaitlərin bizneslərin maliyyələşdirilməsinə yönəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi aktivliyin təşviqinə töhfə verməsi nəzərdə tutulur.

Ziraat Bank Azərbaycan kapital bazarındakı fəaliyyətini genişləndirərək müştərilərinə və investorlara alternativ maliyyə alətləri təqdim etməyə, eyni zamanda investorlarla uzunmüddətli, etibarlı və şəffaf əməkdaşlıq münasibətləri qurmağa davam edir.

 

İstiqrazları necə əldə etmək olar?

Ziraat Bank Azərbaycanın yeni istiqrazları PAŞA Kapital İnvestisiya Şirkəti və Birbank İnvest mobil tətbiqi vasitəsilə əldə edilə bilər.

PAŞA Kapital vasitəsilə:

İnvestorlar PAŞA Kapital ilə əlaqə saxlayaraq qeydiyyat linkini əldə edə bilərlər. Daha sonra SİMA İmza vasitəsilə qeydiyyatdan keçərək hərracda iştirak edə və istiqrazlar üzrə abunə yazılışı həyata keçirə bilərlər.

 

Birbank İnvest vasitəsilə:

İnvestorlar Birbank İnvest tətbiqində qeydiyyatdan keçərək istiqrazları birbaşa tətbiq üzərindən əldə edə bilərlər.

 

Abunə yazılışı müddəti: 10.08.2026-21.08.2026

 

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Hörmətlə,

Marketinq və Korporativ Kommunikasiya Departamenti

Tel:   +994 (12) 505 56 16
www.ziraatbank.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.