Home » 2020-ci ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

2020-ci ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri  pensiyaların da mütəmadi artımına imkan yaradıb və bu artım 2020-ci ildə də davam edib.

Cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 mln. manat vəsait yönəldilib.

Ümumilikdə, 2020-ci ilin 6 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləği  2019-cu ilin müvafiq dövrünə nisbətən 27 faizə yaxın artaraq 300 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 25,24  faiz çoxalaraq 330 manata yaxın olub.

Bu ilin ilk yarımilində pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat vəsait sərf edilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.