Home » 2025-ci ildə istehlakçılara 191 milyon manatdan çox ƏDV geri qaytarılıb

2025-ci ildə istehlakçılara 191 milyon manatdan çox ƏDV geri qaytarılıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə bir sıra xidmətlərə görə ödənilmiş ƏDV-nin 191 milyon 98,9 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, geri qaytarılan ƏDV-yə neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallar, həmçinin teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konsertləri sahəsində göstərilən xidmətlər, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər daxildir.

Bundan başqa, ötən il xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak məqsədilə aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533,3 min manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.