Home » 2026-cı il üçün ilk ixrac sifarişi ABŞ-nin Kaliforniya ştatından qəbul edilib

2026-cı il üçün ilk ixrac sifarişi ABŞ-nin Kaliforniya ştatından qəbul edilib

by Aytac
0 comments 0 views 0 minutes read

“Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini ABŞ-nin Kaliforniya ştatından qəbul edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, razılaşma “Azexport” portalının rəhbəri Ayxan Qədəşov ilə Kaliforniyada fəaliyyət göstərən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində əldə olunub.

Sifarişlərə əsasən Azərbaycanda istehsal olunan emal edilmiş məhsullar, şirniyyat və qənnadı məmulatları, milli kulinariya məhsulları daxildir. Hazırda məhsullar üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurları həyata keçirilir.

Məqsəd Azərbaycan məhsullarının Kaliforniya bazarına davamlı və sistemli çıxışını gücləndirməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.