Home » “4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

“4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

by khayale
0 rəy 3 baxış 2 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov media nümayəndələrinə “4Sİ Akademiyası” layihəsinin məqsədi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan 2030-cu il üçün ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioriteti reallaşdırmağı hədəfləyir ki, bunlardan da biri rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanı yaratmaqdır. Bu məqsəd insanların yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirməyi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanılmasını hədəfləyir. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Fariz Cəfərov  bildirib ki, layihə çərçivəsində ilk müraciət edən 10 minə yaxın şəxsə 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi proqramlaşdırma, süni intellekt, böyük verilənlər (big data), rəqəmsal transformasiya, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, kodlaşdırma, data analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü təqdim olunur. 23 avqust – 7 sentyabr tarixlərində “4Sİ Akademiyası”na ilkin qeydiyyat mərhələsində 6654 nəfər qeydiyyatdan keçib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təmsil etdiyi qurumun “4Sİ Akademiyası” layihəsi çərçivəsində gördüyü işlər barədə məlumat verib. Fond layihənin ali təhsil müəssisələrində tanınmasını, elmi-peqadoji heyət üzvləri və tələbələrin məlumatlandırılmasını təmin etmişdir. Eyni zamanda, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə layihəyə könüllülər cəlb olunmuşdur. Könüllülərə “Coursera” şirkəti tərəfindən xüsusi təlim keçiriləcək, təcrübə proqramı yekunlaşdıqdan sonra sertifikat təqdim ediləcəkdir.

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşa “Coursera” onlayn platformasında 129 milyon istifadəçinin  qeydiyyatdan keçdiyini, ölkəmizdən isə hazırda 125 min istifadəçinin bu platformada qeydiyyatdan keçib təhsil aldığını bildirib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.