Home » Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 – Çağrı mərkəzi” vasitəsilə 187 şəxs) müraciət edib.

Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.  

İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla  19 quruma aid 26 xidmət göstərilir.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;
  • Müdafiə Nazirliyi üzrə 679 müraciət;
  • Səhiyyə Nazirliyi üzrə 43 müraciət;
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;
  • Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;
  • Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət.

Çağrı mərkəzi–142 üzrə 187 müraciət

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.