Home » AMB icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır

AMB icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır.

Bu barədə AMB-nin baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə bir sıra icbari sığorta növləri üzrə təkmilləşdirmə işləri aparılır.

V.Qurbanov qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər ilk növbədə icbari fərdi qəza sığortasını əhatə edir.

“Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq”, – deyə o bildirib.

AMB rəsmisinin sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi planlaşdırılır.

V.Qurbanov izah edib ki, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş sığorta limiti avtomatik bərpa olunan mexanizm əsasında fəaliyyət göstərir.

“Bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit sıfırlanmır və yenidən əvvəlki həddə bərpa olunur. Bu, digər sığorta məhsullarından fərqlənən xüsusiyyətdir”, – deyə o vurğulayıb.

Baş direktor əlavə edib ki, digər sığorta məhsullarında sığorta ödənişi həyata keçirildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.